RU
Küləyin Mehdiabaddakı qaçqın şəhərciyinə vurduğu ziyan müəyyənləşdirilir - RƏSMİ
18:00
524

Küləyin Mehdiabaddakı qaçqın şəhərciyinə vurduğu ziyan müəyyənləşdirilir - RƏSMİ

Bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı "Qarant şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü qopardıb. Binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb.

 7News.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, mənzil istismar departamentinin, tikilməkdə olan müəssisələr müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər.

Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadalarını dam örtüklərinin qopmuş konstruksiyalarının şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.

 

Bu məsələ təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanılacaq.

Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ