Filippinin Panqasinan şəhərində yaşayan və ilan zəhərinə qarşı toxunulmaz olduğunu iddia edən Bernardo Alvarez adlı bir adam ilan sancması nəticəsində ölüb.
62 yaşlı şəxs bölgədə ilanlar etdiyi nümayişlərlə tanınıb. O, hər kəsə özündə ilan zəhərinə qarşı immunitet formalaşdırdığını deyib. Lakin ilanla çıxış etməyə çalışarkən ilan dəhşətli şəkildə onun dodağını dişləyib. Qan laxtalaşması nəticəsində Bernardo Alvarez həyatını itirib.








