Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya ölkəsini vura biləcək silahlar verməmək barədə xəbərdarlıq edib.
7NEWS.Az xəbər verir ki, bu barədə nazir " " telekanalına müsahibəsində bildirib.
"Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər", - Sergey Lavrov deyib.
Nazir vurğulayıb ki, Zelenski açıq şəkildə bu cür silahları tələb edir.
7NEWS.Az







