Lənkəran rayonunda 73 yaşlı kişi yıxılaraq ölüb. Hadisə sentyabrın 3-də Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini 1953-cü il təvəllüdlü M.İbrahimovun yaşadığı evin həyətində nərdivandan yıxılaraq öldüyü bildirilir. Araşdırma aparılır.