74 saylı Lənkəran Kənd seçki dairəsindən deputatlığa namizəd Rəvan Bəşirov namizəd olduğu dairədə seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət edərək, təşəkkür edib. Editor.az namizədin müraciətini təqdim edir:
Hörmətli Prezident Cənab İlham Əliyev və hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyeva!
Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov!
Etdiyim müraciəti nəzarətə götürərək 74 saylı Lənkəran Kənd seçki dairəsində seçkilər zamanı baş verən qanun pozuntularının aşkar edilib, dairənin nəticələrinin ləğv edilməsində göstərdiyiniz dəstəyə görə Sizə inanaraq seçkilərdə fəal iştirak etmiş bütün Lənkəranlılar adından və islahatlarınıza güvənərək namizədliyini irəli sürən şəxsim adından təşəkkürümü bildirirəm.
Sizin Lənkəranlı namizəd Rəvan Bəşirov.








