Tez-tez açıq-saçıq geyimləri ilə gündəmə gələn aktrisa Ülfət Bəşirin başına iş gəlib. 7News.Az xəbər verir ki, o, "Əfsanə qayıdır” filminin çəkiliş prosesində ayağını zədələyib.
Bu barədə Ülfət instaqram səhifəsində məlumat yayıb. "Dünən "Əfsanə qayıdır" filminin setində çox çətin bir səhnəm var idi, 2-ci mərtəbədən yıxılmalıydım. Filmin rejissoru Emil Abdullayev həmin səhnə üçün dublyor gətirmişdi, amma istəmədim və özüm oynadım. Buda onun nəticəsi! Əsas odur ki, işimi sevə -sevə görürəm”- deyə kino qəhrəmanı bildirib.


7News.Az







