RU
“Lider” TV-nin yayımı dayandırıldı - Yenilənib+Video
10:00
555

“Lider” TV-nin yayımı dayandırıldı - Yenilənib+Video

Azərbaycanda "Lider” telekanalının yayımı dayandırılıb.

 

Axşam.az-ın məlumatına görə, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Qeyd edək ki, "Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.

***

Saat 22:01-də "Gecənin sehrində” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Əlavə edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.




                 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ