RU
Yaponiyada 7 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edildi
14:20
22

Yaponiyada 7 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında 7.1 maqnitudalı zəlzələ baş verib.

Bu barədə NHK telekanalı ölkənin Baş Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 11:27-də qeydə alınıb.

Zəlzələnin episentri təxminən 10 kilometr dərinlikdə yerləşib.

Bəzi sahil əraziləri üçün sunami təhlükəsi elan olunub. İtki və dağıntı barədə məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ