RU
“Lider”in tənqid olunan aparıcısı işdən çıxarıldı
14:00
878

“Lider”in tənqid olunan aparıcısı işdən çıxarıldı

Bir müddətdir ki, sosial şəbəkələrdə tənqid olunan  "Yarasa” proqramının bağlanması barədə məlumat yayılıb. 

7news.Az xəbər verir ki, verilişin yayımlandığı Lider TV-dən məsələyə münasibət bildirilib.

Qeyd edilib ki, "Yarasa”nın yayımı davam edir: "Proqram bundan əvvəl həftədə 3 dəfə yayımlanırdısa, indi bir dəfə efirə çıxacaq. Amma verilişin aparıcısı Könül Yusifqızı olmayacaq”.

 

Qeyd edək ki, K. Yusifqızının geyimləri, efirdə söylədiyi qeyri-etik ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.  

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ