RU
Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb
22:40
131

Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb

Böyük Britaniyanın Baş naziri Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Britaniyanın Baş naziri Liz Trass Fransa prezidenti Emmanuel Makronla bu gün Nyu-Yorkda BMT-nin Baş Assambleyasında görüşüb.
Liderlər Ukrayna Silahlı Qüvvələrinin son günlərdə əldə etdiyi irəliləyişləri alqışlayıblar, Ukraynanın hərbi, iqtisadi və siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

Baş nazir və prezident Makron Rusiyanın enerjisindən asılılığa son qoymaq və enerji təhlükəsizliyini gücləndirmək üçün birgə işləməyin vacibliyini vurğulayıblar:

"Biz Putinə onun enerji və ərzaq təchizatı ilə bağlı iqtisadi təhdidlərinin baş tutmayacağını göstərməliyik”, - deyə "Downing Street”dən verilən açıqlamada deyilir.

Liderlər dünya bazarında dəyişkənliyi və xərcləri azaltmaq üçün enerji sahəsində Böyük Britaniya-Fransa əməkdaşlığını genişləndirmək barədə razılığa gəliblər./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ