RU
Lukaşenko hədələdi:
22:20
1014

Lukaşenko hədələdi: "Onlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim"

Belarus Avropa sanksiyalarının yeni paketlərinə sərt cavab verməyə hazırdır. 

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Nazirlər Şurasının rəhbərliyi ilə görüşündə  Avropanın ölkəyə yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Lukaşenko bəyan edib edib ki, Yamal - Avropa transmilli əsas ixrac qaz kəməri Belarus ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.

"Biz Avropanı qızdırırıq, hələ bir bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs orada təbii qazı söndürsək? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və başqa başsız insanlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu onların işidir. Bağlayırlarsa, qoy bağlasınlar. Amma XİN Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə qarşı "həzm olunmayan” və bizim üçün "qəbuledilməz” əlavə sanksiyalar tətbiq etsələr, cavab verməliyik. Necə cavab verək, biz altı ay əvvəl  bu məsələ ilə bağlı sizinlə razılaşdıq”, - Belarus lideri bildirib.

Avropa İttifaqı (Aİ) Lukaşenkonun bu hədəsinə cavabı gecikdirməyib və bəyan edib ki, Belarusun Avropaya tranzitini kəsməklə bağlı hədələri onları qorxutmur.

Avropa komissiyasının mətbuat katibliyinin cavabında deyilir ki, Aİ Belarusa miqrantları çatdıran aviaşirkətləri qara siyahıya salmağa çalışacaq və Minskə qarşı nəzərdə tutulan sanksiyaları ABŞ-la razılaşdıracaq./olke

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ