RU
lombard
Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı
18:50
267

Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı

Dünya o qədər dəyişib ki, Rusiya ilə Belarus arasında birləşmə ehtimalını ciddi şəkildə düşünmək ağılsızlıq olardı.

"Sputnik” agentliyi xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Fevralın 22-də Soçidə Vladimir Putinlə görüşü barədə danışan Belarus lideri bildirib ki, müzakirə iki ittifaq dövləti kontekstində gedib.

 

"Münasibətlərimizin indi hansı səviyyədə olduğunu və gələcəkdə haralara qədər gedib çıxa biləcəyimizi müzakirə etmişik”.

A.Lukaşenko həmçinin Rusiyaya qoşulma və ya birləşmə ilə bağlı məsələlərə də münasibət bildirib.

"Biz suveren və müstəqil bir dövlətik. Dünya o qədər dəyişib ki, bu istiqamətdə fəaliyyət göstərmək belə ağılsızlıq olardı”

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ