Belarus lideri Aleksandr Lukaşenko COVID-19 xəstələrinin olduğu xəstəxananın "qırmızı zona”sında tibbi maskasını çıxarıb.
7NEWS.Az xəbər verir ki, o bununla şayiələrə son qoymaq istəyib. Belarus lideri maskanı çıxarmaqla həqiqətən özü olduğunu, oxşarının xəstələri ziyarət etmədiyini sübuta yetirib.
"Mən həyatdayam, bəziləri yazır ki, oxşarı gəlir”, - deyə, A.Lukaşenko bildirib.








