Mahsun Kırmızıgül Bakıya gəlir.
7News.Az-ın məlumatına görə, Türkiyənin məşhur müğənnisi, rejissor və aktyoru Mahsun Kırmızıgül 2020-ci ilin birinci ayında paytaxtımıza qonaq gələcək. O, yanvarın 12-də otellərin birində təşkil olunan qala gecəsinə qatılacaq.
"Mucize-2" filminin qalasında Mahsunla birgə digər türkiyəli tanınmışlar da (Melis Sezen, Biran Damla Yılmaz, Ali Sürmeli, Mert Turak) iştirak edəcəklər.
Qeyd edək ki, bu, Mahsun Kırmızıgülün Bakıya ilk gəlişi deyil.
7News.Az










