Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki üzvü Malidə həlak olub.
Naməlum şəxlər onların avtomobilinə silahlı hücum təşkil edib.
Bildirilir ki, iyunun 1-də motosikletli silahlı şəxslər Kayes şəhəri yaxınlığında BQXK-nin işarəsi olan avtomobilə atəş açıblar.
Hadisə nəticəsində Niderlandın Qırmızı Xaç Komitəsinin nümayəndəsi və əslən seneqallı Mali vətəndaşı olan sürücü həlak olub.
Baş verənlərin təfərrüatları hələlik açıqlanmayıb./apa
7NEWS.Az








