RU
Marşrut sahibləri qapalı görüşə çağırıldılar - Xəbərdarlıq ediləcək
14:00
357

Marşrut sahibləri qapalı görüşə çağırıldılar - Xəbərdarlıq ediləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşımada fəaliyyət göstərən marşrutların sahibləri ilə qapalı görüş keçirəcək.

7News.az xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev bildirib ki, martın 13-də keçiriləcək görüşə jurnalistlər dəvət edilməyib:

"Görüş sərnişindaşımada yol verilən nöqsanların aradan qaldırılması ilə bağlıdır. Görüşdə Agentlik rəhbərliyi tərəfindən daşıyıcılara xəbərdarlıq ediləcək. Onların qarşısında sərnişindaşımada yol verilən qüsurların aradan qaldırılması barədə sərt tələblər qoyulacaq".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ