
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata əsasən, aktrisa hələ aprelin 1-də özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Babkinaya ilkin olaraq sətəlcəm diaqnozu qoyulub. Test və analizlərdən sonra isə onda koronavirusun olduğu təsdiqlənib.

Onun vəziyyəti barəsində dəqiq məlumat verilmir.

Oğlu Danila Zasedatelevin sözlərinə əsasən, Babkina bütün görüşlərini təxirə salaraq, daim maska taxıb təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etsə də, xəstəlikdən özünü qoruya bilməyib.
Xəstəliyin oğluna keçib-keçmədiyi hələlik məlum deyil.
7News.Az








