RU
MDU-da Xocalı soyqırımının 25-ci ildönümünə  həsr olunmuş elmi-nəzəri konfrans
21:33
510

MDU-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalı – qan yaddaşımız” mövzusunda elmi-nəzəri konfrans keçirilib. İlk öncə tədbir iştirakçıları Xocalı soyqırımında həlak olmuş və öldürülmüş günahsız, zavallı insanları bir dəqiqəlik sükutla yad ediblər.
Giriş sözünü Mingəçevir Dövlət Universitetinin rektoru cənab Akif Hacıyev söyləyib. Xocalı soyqırımının Azərbaycan tarixindəki dərin izinin silinməyəcəyi və hər zaman xatırlanacağını vurğulanıb. O, Dağlıq Qarabağda və onun ətraf bölgələrində baş vermiş qanlı cinayətlər, tarixi faktlara söykənən məlumatlar haqqında məlumat verib. Qeyd edib ki, 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 
Rektor A.Hacıyev bildirib ki, xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırım kimi tanınacaq, eləcə də, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.
Sonra Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov "Xocalı faciəsi: Faktlar və həqiqətlər”, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nuru Əzizov "Xocalı: faciəyə qədər və sonra”, Pedaqogika və psixologiya kafedrasının müdiri t.f.d. Nizami Zeynalov "Xocalı faciəsinə tarixi baxış”, Pedaqoji fakültənin I kurs tələbəsi Məleykə Rəcəbli "Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində ən uğurlu addımdır” mövzusunda məruzə ilə çıxış ediblər. Humanitar fənlər kafedrasının müəllimi, Xocalı faciəsinin şahidi Tahirə Quliyeva o müdhiş gecə barədə ətraflı məlumat verib. 
Sonda rektor A.Hacıyev Xocalı həqiqətlərinin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyini vurğulayıb.
Tədbir Azərbaycan tarixinə və Xocalı faciəsinə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başa çatıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ