RU
Medvedev: BMT TŞ-nin daimi üzvlərinin səlahiyyətləri toxunulmaz olmalıdır
18:30
1167

Medvedev: BMT TŞ-nin daimi üzvlərinin səlahiyyətləri toxunulmaz olmalıdır

BMT Təhlükəsizlik Şurası (TŞ) daimi üzvlərinin statusunu və onların veto hüququnu dəyişmək olmaz.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bunu onunla əsaslandırıb ki, əks halda qurumu iflas və Millətlər Liqasının aqibəti gözləyir.

"BMT TŞ-nin daimi üzv olan ölkələrin sayı çoxala bilər, lakin onların səlahiyyətləri toxunulmaz olmalıdır”, - Medvedev qeyd edib.

Onun sözlərinə görə, BMT beynəlxalq münasibətlərin baza prinsiplərini qoruyub saxlamalıdır, bu, çox vacibdir. Həmçinin bütün ölkələr arasında bərabərlik və təkcə seçilmiş ölkələri deyil, hər bir ölkəni dinləmək öhdəliyi qorunmalıdır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ