RU
Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq edib
13:00
54

Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib.

7NEWS.Az-ın məlumatına görə, Medvedev bildirib ki, adi müharibədə nüvə nəhənginin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər.

"Yanvarın 20-də ABŞ-ın Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutacaq. Onlar Kiyevə yeni silah tədarükü məsələsini həll edəcəklər", - deyə rusiyalı siyasətçi "Telegram” kanalında yazıb.

Medvedevin sözlərinə görə, nüvə dövlətləri talelərinin asılı olduğu böyük münaqişələri uduzmayıblar.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ