RU
Məhkəmə Röyanın iddiası ilə bağlı qərar verdi
17:41
607

Məhkəmə Röyanın iddiası ilə bağlı qərar verdi

Əməkdar artistlər Röya Ayxan və Aygün Bəylər arasında olan məhkəmə çəkişməsi başa çatıb.

7news.Az xəbər verir ki, Röyanın vəkili Vamiq Şükürov əvvəlcə prosesin bitməsi barədə məlumat vermək istəməyib, məhkəmə qərarının yekunlaşmadığını bildirib:

Hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Röya Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə "Onlar” verilişində davam etmişdi.

Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin "Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşıyıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ