RU
Mehriban Əliyevanın deputat mandatı ləğv olundu
01:03
482

Mehriban Əliyevanın deputat mandatı ləğv olundu

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

"7news.Az" xəbər verir ki, iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ