Meksikanın mərkəzi və cənub rayonlarında daşqınlar və torpaq sürüşmələri nəticəsində 30-dan çox insan həlak olub və ya itkin düşüb.
7News.Az Vesti.ru-ya istinadla xəbər verir ki, Meksika Milli Mülki Müdafiə Xidmətinin əlaqələndiricisi Laura Velaskes ölkənin 31 ştatında leysan yağdığını bildirib.
Verakruz, Puebla, San-Luis Potosi, Keretaro, İdalgo və Herrero ştatları daha çox ziyan çəkib. Təkcə Verakruzda 38 bələdiyyədə təxminən beş min ev su altında qalıb, 500-dən çox insan altı müvəqqəti sığınacağa köçürülüb.
Meksika Prezidenti Klaudia Şeynbaum silahlı qüvvələrin və mülki müdafiə xidmətlərinin təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunduğunu bildirib.








