RU
Meksikada polis bölməsinə hücum: Yaralılar var
15:20
24

Meksikada polis bölməsinə hücum: Yaralılar var

Meksikanın Zakatekas əyalətində polis bölməsinin yaxınlığında bomba yüklü avtomobillə törədilən partlayış nəticəsində 10 nəfər yaralanıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ojokaliente şəhərində emniyyət müdürlüğünün qarşısında baş verib. Məlumata görə, oğurlandığı müəyyən edilən partlayıcı maddələrlə yüklənmiş avtomobil partladılıb.

Səlahiyyətlilər partlayış nəticəsində 2-si polis olmaqla 10 nəfərin yaralandığını açıqlayıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Güclü partlayış ətrafdakı təxminən 40 binaya və çox sayda avtomobilə ziyan vurub.

Zakatekas Baş Prokuroru Kristian Paul Kamaçon ilkin araşdırmalara əsasən hücumun bir gün əvvəl saxlanılan kartel üzvünə qarşı qisas məqsədilə törədildiyini bildirib. Hücumun "Jalisco Yeni Nəsil Karteli” tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Zakatekas qubernatoru David Monreal isə cinayətkar qruplaşmaların son dövrlərdə bomba yüklü avtomobillərdən, partlayıcı daşıyan dronlardan və minalardan istifadəsini artırdığını deyib.

Məlumata görə, əyalətdə ötən il yalnız bir partlayıcı hücum qeydə alındığı halda, bu il həmin göstərici 10-a yüksəlib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ