RU
Məktəblərdə Novruz tətili günləri açıqlandı
12:01
708

Məktəblərdə Novruz tətili günləri açıqlandı

Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.

Altı günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində bu gün son dərs günüdür. Beş günlük iş qrafiki ilə çalışan məktəblərdə isə martın 17-si son dərs günü olub. 

Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 27-si dərs günüdür. Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.

Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün həmin günlər də qeyri-iş günü hesab edilir.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ