RU
Məleykə Abbaszadə: Dövlət qulluğunu daha yüksək səviyyəyə qaldırmalıyıq
11:25
390

Məleykə Abbaszadə: Dövlət qulluğunu daha yüksək səviyyəyə qaldırmalıyıq

Bu günlərdə dövlət idarəetmə sistemində start verilmiş struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir. 

7News.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, öz növbəsində 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir:

"Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən, kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur.

Qeyd edim ki, Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında icraçı təşkilat kimi 40-a yaxın tapşırıq üzrə adı qeyd olunmuş qurum Dövlət İmtahan Mərkəzidir”.

Məleykə Abbaszadə qeyd edib ki, hazırkı Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınmış və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib:

"Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq. Fikrimcə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı.

Ümid edirəm ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin DİM ilə birgə keçirilməsini mümkün hesab edəcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ