RU
“Mən Əli İnsanovdan əskik oğlanam ki?” - Video
11:50
520

“Mən Əli İnsanovdan əskik oğlanam ki?” - Video

Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov Space TV-nin "Sadə həqiqətlər” proqramının qonağı olub.

7News.Az xəbər verir ki, proqramda o baş prokuror olduğu vaxt Respublika Baş Prokurorluğuna Mahir Cavadov tərəfindən basqın edilməsi, döyülməsi haqda ətraflı danışıb. Bildirib ki, əgər indi Mahir Cavadovla qarşılaşarsa, ondan kişi kimi qisas alacaq.

Əli Ömərov həmçinin hər hansı müxalifət siyasi partiyasına, Əli İnsanova qoşulmaq fikrində olmadığını vurğulayıb: "Əli İnsanov kimdir ki, mən ona qoşulam, qoşulan varsa, qoy mənə qoşulsun. Mən Əli İnsanovdan əskik oğlanam ona qoşulam?! Rütbəm də, mövqeyim də yüksəkdir”. 

 

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ