Əməkdar artist Rühəngiz Musəvi plastik əməliyyat etdirən həmkarlarını qınayıb.
7News.Az-ın məlumatına görə, "Hər səhər” proqramına qonaq olan 65 yaşlı müğənni bildirib ki, heç vaxt plastik əməliyyat etdirməyib:
"Məndən kiçik olanlar məndən yaşlı görsənirlər. Heç nə etməmişəm, cavan qalmışam. Baxın üzümə, heç bir şey yoxdur. Nə botoks, nə əməliyyat etdirmişəm.
Edirlər, əndazədən çıxırlar. Hamısı bir-birinə oxşayır. Gedib burun kəsdirib, balaca edirlər. Əməliyyatdan qorxuram. 80 yaşıma qədər yaşasam, mən də etdirəcəm”.
7News.Az








