RU
lombard
“Mənzillərin kirayə haqları aşağı salınmalıdır”
13:30
227

“Mənzillərin kirayə haqları aşağı salınmalıdır”

"İki otaqlı mənzilin kirayə haqqı orta hesabla 321 manat ətrafında olmalıdır”.

7News.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu kirayə evlərin qiymətlərinin baha olması haqda səslənən fikirlərə münasibət bildirərkən deyib. 

İqtisadçının sözlərinə görə, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub: "Onun Azərbaycana gətirilməsi təqdir olunsa da tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyildir. 

Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onları mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib. Hesab edirəm ki, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış minimumun dəyəri və ev təsərrüfatlarının ölçüsü əsasında müəyyənləşdirilməlidir. 

Hazırkı hesablamalarla 2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər 321 manat (723 - (2x 201)) ətrafında olmalıdır. Odur təklif edirəm ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ