RU
Mərdakanda yerləşən
11:46
86

Mərdakanda yerləşən "Malibu" restoranı iylənmiş kabab verir - İDDİA


Vətəndas Mərdəkan qəsəbəsində yerləşən "Malibu" dənizkənarı restoranında yaşadığı xosagəlməz hadisə ilə bağlı iddialarını bölüşüb.
Onun sözlərinə görə, hadisə 06.07.2026-ci il tarixində, saat 20:40-21:00 radələrində baş verib. Bildirib ki, 2 şiş quzu lülə kababı, 1 şiş toyuq kababı, 2 porsiya ət, 2 porsiya qarın, göy çoban salatı, kartof fri va digər məhsullar sifariş ediblər. 

İddiaya əsasən, sifariş təxminən bir saat gecikmə ilə təqdim olunub.

Müştərinin sözlərinə görə, əvvəlcə cörək, salat və toyuq kababını yeyib. Daha sonra süfrə yoldaşı quzu lülə kababını dadarkən onun kəskin iy verdiyini bildirib. Vətəndaş özü də kababı daddıqdan sonra eyni vəziyyətlə qarşılasdığını və kababın iyləndiyini iddia edib.

Vətəndaşın sözlərinə görə, hesab ödənilərkən sifaris edilməyən qutabların da ödənişə əlavə olunduğu bildirilib. Etiraz etdikdə isə ofisiant həmin qutabların pulunu ödəməsələr, bunu özünün ödəməli olacağını deyib. Müştərinin yanında olan şəxs vəziyyətin daha da gərginləşməməsi üçün həmin məbləği də ödəyib.

Şikayətçi qryd edib ki, araşdırma aparacağın bildirdikdə restoran administratoru ona "Hamısını paketləyib apar, araşdır" cavabını verib. 0, restoran əməkdaşlarının davranışını qeyri-peşəkar hesab etdiyini və özünü təhlükəsiz hiss etmədiyini bildirib

Qeyd edək ki, bu iddialar vətəndaşın şəxsi açıqlamasına əsaslanır. Qarşı tərəfin mövqeyi təqdim olunduğu halda dərc etməyə hazırıq./patrul
7NEWS.az
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ