RU
Məşhur aktrisa keçmiş həyat yoldaşına CADU ETDİRDİ - FOTOLAR
14:39
748

Məşhur aktrisa keçmiş həyat yoldaşına CADU ETDİRDİ - FOTOLAR

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittə cadu etdirib.

7News.az xarici mətbuata istinadən xəbər verir ki, 12 illik münasibətlərdən sonra rəsmi şəkildə evlənməyə qərar verən məşhur cütlük haqqında yeni fakt üzə çıxıb. Məlum olub ki, cazibədar aktrisa aktyorla evliliyinin uzunömürlü olması üçün qəribə addım atıb.

İrəli sürülən iddialara görə, şərq mədəniyyəti ilə yaxından maraqlanan Ancelina Coli keçən il gizlicə Kambocada cərrahiyyədə istifadə olunan polad iynələrlə döymə etdirib.

Banqkokda yaşayan məşhur döymə ustası Ajar Noo Kanpai bu döymələri etmək üçün oradan Kambocaya gedib. Usta işarələri klassik və müasir döymə tapançasının yerinə daha çox acı verən polad iynə quraşdırılmış çubuqlarla yazıb.

O, Colinin kürəyinə üç Sak yant, Bred Pittin qarınına isə buddist işarələrinin döyməsini edib. Ancelina Colinin döyməsi Bred Pitti onu simvolik olaraq əbədi olaraq bağlaması üçün xüsusi hazırlanıb. Sözügedən döymə işarələri sonsuza qədər davam edən evlilik cadusu hesab olunur.

Tailandlı mütəxəssisin aktrisanın kürəyinə yazdığı anlaşılmaz işarələrin şəkilləri sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, cütlük ötən ilin sentyabrında ayrılmağa qərar verib.//publika

7News.az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ