RU
Məşhur aktyor koronavirusa YOLUXDU
16:50
601

Məşhur aktyor koronavirusa YOLUXDU

Türkiyənin məşhur aktyoru Gürkan Uygun koronavirusa yoluxub.

7News.Az Lent.az-a istinadən məlumat verir ki, infeksiyanın simptomlarını özündə hiss edən aktyor koronavirus testi verib. Testin nəticəsi pozitiv çıxıb.

 

COVID-19-a yoluxan aktyorun vəziyyəti çox ağır olmadığı üçün həkimlər ona evdə müalicə almağı məsləhət görüblər.

Qeyd edək ki, aktyor TRT-nin rekord qıran "Təşkilat" serialında "Yıldırım" obrazını canlandırır. Gürkandan başqa serialın iki rejissorunun da test nəticələri pozitiv çıxıb. Buna görə də, serialın çəkilişləri müvəqqəti olaraq dayandırılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ