RU
Məşhur aktyor müəmmalı şəkildə vəfat etdi - Foto
13:40
305

Məşhur aktyor müəmmalı şəkildə vəfat etdi - Foto

"Elektronikanın macəraları” filminin aktyoru müəmmalı şəkildə vəfat edibAleksandr Kazimirov

Ukraynanın məşhur aktyoru Aleksandr Kazimirov dünyasını dəyişib.

Bu barədə onun həmkarı Yuri Yuşenko feysbukdakı səhifəsində bildirib.

Qeyd edilir ki, o, 77 yaşında Odessada vəfat edib. Aktyorun ölüm səbəbi açıqlanmır.

Kazimirov 1944-cü ildə Odessada doğulub. 1966-cı ildə Odessakı bədii-teatr məktəbini qurtarıb, İvanov adına Odessa rus dram teatrında işləyib. (Report)

Aktyor karyerası ərzində 30-dan çox film və serialda çəkilib. Bu ekran əsərləri arasında məşhur "Elektronikanın macəraları", "Zərərsizləşdirmə", "Kapitan Qrantın izi ilə" və başqa filmlər də var.

Məşhur aktyor müəmmalı şəkildə vəfat etdi - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ