RU
Məşhur cütlüyün əsgər övladına qarğış etdilər – “Sağ gedib, şəhid gəlsin”
16:30
836

Məşhur cütlüyün əsgər övladına qarğış etdilər – “Sağ gedib, şəhid gəlsin”

Aparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramova sosial şəbəkədə əsgərlikdə olan övladının fotosunu yayımlayıb.
7News.Az xəbər verir ki, tanınmış cütlüyün paylaşımına bir çoxları təriflər yazsa da, qarğış edənlər də olub.

İzləyicilərindən biri şəklə "Sağ gedib, şəhid gəlsin. Şəhidlərdən artıq deyil ki... Harda saxlatmısan uşağı, neçə min saymısınız... Varlının uşağı nə edir, kasıbın balası şəhid olur" sözlərini yazıb.

Zülfiyyə övladına qarğış yazanların şərhini paylaşaraq "Görün nə qədər murdar insanlar var həyatda. Oğlumun şəklini paylaşmışam ki, əskər gedir. Bunun altından yazdığı şərhə baxın. Ayıb..." sözləri ilə tənqid edib.

Əsgərlikdə olan oğlunun fotosunu paylaşdı, qarğış yazdılar
Əsgərlikdə olan oğlunun fotosunu paylaşdı, qarğış yazdılar
 

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ