RU
Məşhur müğənni mahnısını CHP-yə vermədi!
12:56
562

Məşhur müğənni mahnısını CHP-yə vermədi!

"Kandıramazsın beni” adlı mahnısını Türkiyə müxalifətini təmsil edən Cümhuriyyət Xalq Partiyasına (CHP) verdiyi xəbərinə "Siyasətlə işim olmaz” diyərək təkzib edən məşhur türk müğənnisi Yıldız Tilbə, sosial mediayada qınaq hədəfinə çevirib.
 
BNEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcədən razılaşdıqları barədə iddiaların ortaya atılmasından sonra Y. Tilbə öz "Twitter” hesabından yazdığı mesajla iddiaların həqiqəti əks etdirmədiyini söyləyib.
 
Belə ki, müğənni mahnılarının müəlliflik hüququnun yalnız özünə məxsus olduğunu vurğulayıb: "Mənim mahnılarım heç bir siyasət nümayəndəsini təmsil etmək üçün deyil. Əgər mahnılarımı hər hansı bir siyasi məcrada propaqanda olarak səsləndirlidiyini eşitdiyiniz zamanı bilin ki, bundan mənim nə xəbərim olub, nə də buna icazə vermişəm”.

Qeyd edək ki, Y. Tilbənin "Kandıramazsın beni” adlı mahnısı CHP-nin diqqətini cəlb edib, partiya təmsilçiləri bu, mahnını istifadə etmək üçün yaradıcılıq işi ilə məşğul olan prodakşın (istehsalçı) şirkət ilə razılaşdığı iddia edilmişdir.
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ