lombard

Məşhur müğənnidən “varlı kişi tapdı” iddialarına cavab: “Eşşək kimi çalışıram...”

Məşhur müğənnidən “varlı kişi tapdı” iddialarına cavab: “Eşşək kimi çalışıram...”

Yeni sevgilisi ilə Dubayda istirahət edən Ebru Polat sosial şəbəkə istifadəçilərinə sərt xəbərdarlıq edib.

Sondakika.com-un məlumatına görə, iki gün əvvəl Dubaydakı yeddi ulduzlu "Burj Al Arab Hotel”ində istirahətinə başlayan müğənni "İnstagram” hesabında "varlı kişi tapıb” iddialarına cavab verib.

"Sevənlərim əsla belə şeylər danışmaz. Çünki mənim eşşək kimi çalışdığımı çox yaxşı bilirlər. Lakin izləyicilərimin sayı iki gündə iki dəfə artıb və mənasız şərhlər yazırlar. Məsələn - "varlı kişi tapdı”. Siz məni heç tanımırsınız. Varlı deyəndə nəyi nəzərdə tutursunuz? Mənim hər şeyim var. Bu saatdan sonra elə şeylərə ehtiyacım var? Pula görə kiminsə arxası ilə düşən biri deyiləm. Mənə hörmət edəcəksiniz” - deyə, Ebru Polat yazıb.

7News.Az

Xəbər lenti