Rumıniyalı məşhur MMA döyüşçüsü Ana Mariya Pal "Sonuncu Qəhrəman" realiti şousunun iştirakçısının burnunu sındırıb.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
Hadisə verilişin çəkilişi zamanı baş verib.

Belə ki, 26 yaşlı idmançı yarışda məğlub olduğu zaman digər iştirakçı Andrey Çiobanu ona yaxınlaşaraq istehza isə yarışmanın çox çətin olduğunu deyib. Pal isə cavabında başıyla onun burnundan zərbə endirib və Çiobanu burnunu tutaraq yerə yıxılıb.
Mariya öz hərəkətini şərh etdikdə, Andreyin buna layiq olduğunu deyib.
Verilişin əməkdaşları isə belə davranışı qəbulolunmaz adlandırıblar. Bu hərəkətinə görə qız oyundan kənarlaşdırılıb.


7News.Az








