Müğənni Mətanət Əsədovanı sosial şəbəkədə təhqir edən şəxsi həbs edilib.
Açıqlama verən müğənni xəbəri təsdiq edərək, belə deyib:
"Bəli, sosial şəbəkələrin birində, bir oğlan məni təhqir etmişdi. Aidiyyatı orqanlara müraciət etdim və həmin şəxs tapılaraq, 3 ay müddətinə həbs olundu. Yenidən kimsə belə hərəkət edərsə, həmin şəxs də eyni halla qarşılaşacaq”.
Qeyd edək ki, müğənnini sosial şəbəkədə təhqir edən şəxsin Xaçmaz rayon sakini Elsəvər Mürsəlli olduğu bildirilir.
7News.az







