Noyabrın 4-də Abşeron yarımadasında əsasən sakit və iqlim normasına yaxın temperatur rejimi əksər insanlar üçün müsbət amil olsa da, bir qədər rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Milli Hidrometeorologiya Xidmətindən 7News.Az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Əvvəlcə şimal və şərq bölgələrində, 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.








