RU
14:45
899

"Metroda mən də öpüşmüşəm..." - ANS-in tanınmış aparıcısı öpüşən gənclərə haqq verdi

Bu gün Bakı metrosunda öpüşən qızla oğlanın xəbəri ölkə gündəmini zəbt edib.

7News.az xəbər verir ki, bu məsələyə tanınmış simalar da münasibət bildirib. Aparıcı Rahil Sayadoğlu bildirib ki, metroda öpüşən gənclərə haqq verir:

"Metroda mən də öpüşmüşəm, təbii ki, yüngülvari. Axırıncı stansiya idi, qatarda 1-2 nəfər vardı, onlar da bizdən uzaqda dayanmışdı. Özümüzü saxlaya bilmədik. Yəni o təpikdən biri də mənə dəyə bilərdi. Bütün varlığımla o gənclərin yanındayam. Hislərə qapılıb öpüşüblər, ən pis halda yaxınlaşıb irad bildirmək olar ki, gənclər, bəlkə lazım deyil? Camaat da baxır, gəlin mən sizə boş yer göstərim, prosesə orda davam edin. Bax bu olardı etik-ziyalı-alicənab reaksiya. O gənclərin etdiyi uşaqlıq-səbrsizlik-bir azca da anarxist davranış sayıla bilər, amma o, müəllimin etdiyi özbaşınalıq və biabırçılıqdı. Əminliklə deyirəm ki, onların dodağı sizin ayağınızdan daha təhlükəsizdir, Xaqani müəllim".//big
 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ