RU
Metroda problem: qatarlar gecikdi
09:23
237

Metroda problem: qatarlar gecikdi

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Bu barədə 7News.Az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, problem "İçərişəhər” stansiyasında olan qatarda qeydə alınıb. 

Nəticədə qatar platformanı 10 dəqiqə gec tərk edib. Bu isə qatarların intervalında gecikmə yaradıb.

B.Məmmədov qeyd edib ki, nasaz qatar depoya göndərilib, interval bərpa edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ