RU
Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi
11:40
304

Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi

"Bu gün səhər saatlarında metronun 20 yanvar stansiyasında qatarlarda gecikmə olub".

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun 7News.Az-a verdiyi məlumata görə, qatarların gecikməsinə səbəb maşinistin qatarların qapısında yaranan problemə baxması olub:

"Səhər metronun "Xalqlar Dostluğu" stansiyasında qatarların qapısında problem olub. Maşinist problemi həll etmək üçün qatarların qapısını yoxlayıb. Bu da metronun 28 may stansiyasına qədər olan intervalda 2 dəqiqə, 20 yanvar stansiyasına qədər olan məsafədə isə 4-5 dəqiqə yubanmaya səbəb olub. Qeyd edim ki, təlimat qaydalarına əsasən qatarlarda şübhəli məqam olduqda maşinist bunu yoxlamalıdır".

 

Qatardakı sıxlıq səbəbindən "İnşaatçılar" stansiyasında qatara minən sərnişin xanımın ayağı əzilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ