RU
Metronun daha bir stansiyasında YENİLİK- FOTOLAR
18:41
402

Metronun daha bir stansiyasında YENİLİK- FOTOLAR

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metronun daha bir stansiyasında sərnişin sıxlığının yaranmaması üçün əlavə turniketlər quraşdırıb.

7News.az
 xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, metronun "Şah İsmayıl Xətai" stansiyasında iki yeni turniket quraşdırılıb: 

"Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır".

Qeyd edək ki, bundan əvvəl metronun 3 stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılmışdı.//big
 

7News.az


Metronun daha bir stansiyasında YENİLİK- FOTOLAR

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ