RU
13:20
409

"Ümid edək, amma vəziyyəti yaxşı deyil" - Tahir İmanov Bəhram Bağırzadənin vəziyyətindən danışdı - FOTO

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

7News.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə jurnalist Fərid Azəri "Facebook" səhifəsində məlumat verib.

"İndicə Tahir İmanov ilə danışdım. Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur. O, əlavə açıqlama vermədi: "Xahiş edirəm, məni üzrlü hesab edəsiniz. Əlavə heç bir məlumat verə bilməyəcəyəm. Sadəcə, yaxşıya ümid edək, amma vəziyyəti yaxşı deyil" - o yazıb.

Qeyd edək ki, hazırda Bəhrəm Bağırzadə Mərkəzi Gömrük Hospitalında müalicə olunur.
 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ