RU
Milli Şuranın mitinqinə icazə verilmədi
14:07
314

Milli Şuranın mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 2-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə 7News.Az-a BŞİH-dən verilən açıqlamada bildirilib. 

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu təşkilatçılardan Vidadi Məhərrəmov və İlham Hüseyn​ götürüb.

Məktubda Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməsinə razılıq verilmədiyi qeyd edilib.

Xatırladaq ki, Milli Şura mitinqə icazə verilməsi barədə BŞİH-ə müraciət ünvanlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ