RU
Mina AÇIQ – SAÇIQ FOTOLARI İLƏ HEYRAN ETDİ
10:50
916

Mina AÇIQ – SAÇIQ FOTOLARI İLƏ HEYRAN ETDİ

Müğənni Mina Hüseynin açıq-saçıq fotoları müzakirələrə səbəb olub.

7News.Az xəbər verir ki, hər zaman cazibədar görüntüsü ilə gündəmə gələn ifaçı, bu dəfə də ənənəsinə sadiq qalıb. Müğənni yeni fotosessiyası üçün kamera qarşısına keçib. O, sinəsiaçıq və qısa ətəklə çəkilən görüntülərini "İnstagram” səhifəsində izləyicilərin ixtiyarına buraxıb. Bundan başqa Minanın qara rəngli, çimərlik geyimini xatırladan libası isə pərəstişkarlarının ağlını başından alıb.

Müğənninin bu görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onun əsasən kişi pərəstişkarları tərəfindən bəyənilən fotolarını tənqid edənlər də tapılıb.

Minanın artıq çəki alması da izləyicilərin diqqətindən yayınmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Mina Hüseyn Xalq artisti, rəqqas Əlibaba Abdullayev və bəstəkar Nailə Mirməmmədlinin əmisi nəvəsi, ifaçı Elnarə Xəlilovanın xalası qızı və Almaz Saraylının bacısı qızı olduğunu açıqlayıb.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ