Mingəçevir şəhərindən “Nəsimi ili”nə mühüm tövhə - FOTOLARDA

Mingəçevir şəhərindən “Nəsimi ili”nə mühüm tövhə - FOTOLARDA
7NEWS.az xəbər verir ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Mingəçevir şəhərində də silsilə tədbirlər keçirilir.

Tədbirlərin davamı olaraq Sahil parkında təşkil edilən Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində parkın ətrafı Nəsimiyə həsr olunmuş panno və plakatlarla, rəngarəng rəsmlərlə təşviq olunmuşdu.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsamyılov, hüquq mühafizə orqanlarının, ali və orta ixtisas məktəblərinin, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV-lərin məsul şəxsləri iştirak edirdilər.





Xəbər lenti