7NEWS.az xəbər verir ki, bu gün Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti nümunəvi aksiya keçirilib.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü şərəfinə şəhərdə ağacəkmə kampaniyası reallaşdırılıb.
Məlumat üçün qeyd edək ki, son 2 ildə Mingəçevir şəhərində irimiqyaslı abadlaşdırma, yenidənqurma işləri görülüb, yeni parklar salınıb, mövcud parklar bərpa edilərək sakinlərin istifadəsinə verilib. Qarşıda isə daha bir neçə parkın abadlaşması nəzərdə tutulur.










