RU
Mirşahin: “Atanı söyənlər öz atasının söyülməsindən ehtiyatlanaraq anasının yanına qaçanlardır” – VİDEO
12:00
313

Mirşahin: “Atanı söyənlər öz atasının söyülməsindən ehtiyatlanaraq anasının yanına qaçanlardır” – VİDEO

"Paşinyana sual verməmiş və ya verə bilməmiş bir jurnalist kimi nə Ataya, nə də Bəxtiyara irad bildirəcəm. Fikrim var idi. hə. Amma daşındım. Bilirsiz niyə? Ona görə ki, bu adamlar hər ikisi Paşinyanın arxasına yox, üzünə danışıb”.

7News.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu fikirləri Mirşahin Ağayev Real TV-də müəllifi olduğu verilişdə səsləndirib.

M.Ağayev Azərbaycanı sevən iki nəfərin Ermənistan üzərinə getməsini gördüyünə sevindiyini bildirib: "Bu gün sosial şəbəkələrdə Atanın və Bəxtiyarın üzərinə gedənlərin yadına başqa bloqerləri salmaq istərdim. Xaricdə Azərbaycan Bayrağı ətrafında min meymun hoqqası çıxaranları. Onların üzərinə gedin. İşin ən eybəcəri Azərbaycan Dövlətini təhqir etməkdən çəkinməyən qaçaqmal bloqerlərinin özlərinin də Ataya və Bəxtiyara hücum etməsidir. Atanın və Bəxtiyarın həndəvərindən çəkilin. Əvvəl Orduxanlara, Tural Sadiqlilərə, Osmanqızılara, Qənməti sənin sümüyü mənimlərə cavab verin. Ondan sonra danışarsız. Hər halda mən aqressiv bir xain bloqerin Azərbaycan Prezidentinin boş maşını üzərinə getməsi əvəzinə, Azərbaycanı sevən iki nəfərin Ermənistan üzərinə getməsini gördüyümə sevindim. İndi sosial şəbəkələrdə Atanı, Bəxtiyarı redaktə etməkdənsə nümunə arayın. Fikirləşin. Atadan, Bəxtiyardan daha yaxşı nəsə edin! Əks təqdirdə, Allah xətrinə rədd olun. Ata haqqında arıca bir neçə söz deyim. Adam Harvardı bitirməyib. Heç vaxt da xüsusi intellekti ilə seçilməyib. Azərbaycana qarşı bloqer təcavüzünə qarşı tək çıxıb. Ola bilər ki, nəyisə xətalı edib. Amma onu lənətləmək, linç etmək kişilikdən deyil, elə qadınlıqdan da. Əminəm ki, bu saat Atanı söyənlər öz atasının söyülməsindən ehtiyatlanaraq anasının yanına qaçanlardır”.

 

 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ