RU
MKİ direktoru: Rusiya müharibəyə görə çox ağır bədəl ödəyəcək
21:00
293

MKİ direktoru: Rusiya müharibəyə görə çox ağır bədəl ödəyəcək

Rusiya Ukraynadakı müharibəsinə görə uzun müddət çox ağır bədəl ödəyəcək.

7NEWS.Az-ın CNN-nə istinadən xəbərinə görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Bill Börns Vaşinqtonda keçirilən kibertəhlükəsizlik konfransında deyib.
O qeyd edib ki, müharibə yalnız Rusiya hərbi qüvvələrinin zəifliklərini ifşa etməyib, həm də onun iqtisadiyyatını uzunmüddətli zərərlərə məruz qoyub.

Börns Kiyev qüvvələrinin ölkənin cənubunda və Xarkov istiqamətindəki əks-hücumları ilə bağlı vurğulayıb ki, ukraynalıların imkanlarını və cəsarətini az qiymətləndirmək olmaz.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ